В ЭТОТ ДЕНЬ Я НАХОДИЛСЯ НА ДОПРОСЕ У СЛЕДОВАТЕЛЯ, О ВРЕМЯ ДОПРОСА Я УСЛЫШАЛ ЖЕНСКИЙ КРИК ПОСЛЕ Я В МЕСТЕ СЛЕДОВАТЕЛЕМ ВЫШЕЛ В КОРИДОР МИМО НАС ПРОШЛА ВЫШЕУКАЗАННАЯ ГРАЖДАНКА ВЫРАЖАЯСЬ НЕЦЕНЗУРНЫМИ СЛОВАМИ В КАБИНЕТ СЛЕДОВАТЕЛЯ КАК ЗОВУТ ТОГО СЛЕДОВАТЕЛЯ МНЕ НЕ ИЗВЕСТНО НО ПО АКЦЕНТУ Я ПОНЯЛ ЧТО ОН ЧЕЧЕНЕЦ, ТАК ЖЕ КОГДА ОНА ПРОХОДИЛА МИМА НАС КАК МНЕ ПОКАЗАЛАСЬ ОНА БЫЛА ВЫПИВШЕЙ ТАК КАК ОТ НЕЕ ШЕЛ ЗАПАХ ПЕРЕГАРА. ПОСЛЕ ВЫШУКАЗАННЫЙ СЛЕДОВАТЕЛЬ ПЫТАЛСЯ УСПОКОИТЬ ДАННУЮ ГРАЖДАНКУ, НО ОНА ТОЛЬО ЗАВОДИЛАСЬ. ПОСЛЕ НА ВТОРОЙ ЭТАЖ ПОДНЯЛСЯ РАБОТНИК ППС В ЗВАНИИ СЕРЖАНТА И ВЫВЕЛ ДАННУЮ ГРАЖДАНКУ. А ЗНАЕТЕ ЧТО САМОЕ ИНТЕРЕСНОЕ ПОЧЕМУ ЕЕ НЕ ОСВИДЕТЕЛЬСТВОВАЛИ? Я НЕ ХОЧУ МУСОРОВ ЗАШИШАТЬ, НО СПРАВЕДЛИВОСТЬ ТО ДОЛЖНА БЫТЬ. И К СТАТИ ДАННУЮ ГРАЖДАНКУ НИ КТО НЕ БИЛ. ХОТЬ МУСОРА СВОЛОЧИ НО ПРАВДА ОСТАЕТСЯ ПРАВДОЙ.
Россия ни когда вступит в открытый военный конфликт на чей бы то небыло стороне, зачем ей это? в Москве поступят как обычно, возьмут на себя роль "миротворца", но при этом будут вооружать обе стороны конфликта, обещая каждому полную морально-экономическую поддержку, как это уже было в прошлом и не только в Карабахе...
Если брать слова ЧП всерьез об Амирах, то У мусульман не когда не будет предводителей кого он описал ! Я согласен что надо набирать знания особенно Амирам, но у кого было знания их убили...Но когда идет война убивают братьев то что остаётся делать?Знания фард Гьайн как и джихад.Кто может учится а кто нет то делает джихад.Около 20 студентов учатся в арабских странах из КБК...
ладно,как я понял я буду пытаться идти первым сказанным путём,ты-вторым. кто как умеет,но не забывай кбк,что мусульманин должне набираться знаний,чтоб потом такие как ЧП не говорили,что амиры глупые и двух слов связать не могут. и в заключении,тем,кто будет читать эту тему: УПОВАЙТЕ ТОЛЬКО НА АЛАХА ВСЕВЫШНЕГО, НЕ ПАДАЙТЕ ДУХОМ,ПРОДОЛЖАЙТЕ ПРАКТИКУ ИСЛАМА, и, иншаАллах, ВСЕВЫШНИЙ ПОМОЖЕТ ВАМ!
31 января 2026, 13:10
Нальчик и соседи. Кавказ в поисках справедливости
Неожиданное решение Верховного суда КБР по делу профессора Хоконова 329 января 2026, 14:23
Ветер с Апшерона
Мнения турок и азербайджанцев расходятся 526 января 2026, 12:43
Нальчик и соседи. Кавказ в поисках справедливости
Об исторической правде: инициативы Госдумы и Северный Кавказ28 сентября 2024, 12:28
Переселенцы из Карабаха рассказали о жизни в приграничном селе
20 сентября 2024, 19:39
Участие Кадырова в сделке Wildberries обернулось перестрелкой
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bir qrup Qeyri-Hökümət Təşkilatları tərəfindən açıq məktubNaxçıvan MR-də fəaliyyət göstərən ayrı-ayrı QHT-lərin sədrləri olaraq 9-11 may 2011- ci il tarixlərdə Oslo şəhərində Azadlıq Forumunun gedişatını cox diqqətlə izlədik. Buna səbəb bu forumdan hansisa bir yenilik gözləməyimiz deyildir. Əsl səbəb Forumda özünü qəhrəman kimi təqdim edən, “azadlıq carçısı” Məlahət Nəsibova və əlaqələri barədə bir müddət əvvəl ünvanınıza göndərdiyimiz məlumatlar idi. Amma göründüyü kimi yanılmışıq. Belə məlum olur ki sizlərə də həqiqət yox, yalnız heç bir əsası olmayan yalan məlumatlar lazımdır. Bunlara baxmayaraq M.Nəsibovanı yaxşı tanımağınız üçün bəzi faktları bir daha diqqətinizə çatdırmaq istəyirik. Onu da bildiririk ki, bu sətrlərin müəllifləri 1990-cı ildən başlayaraq azadlıq və demokratiya uğurunda mübarizə aparan, 2002-ci ildə Resurs Mərkəzini yaradan və fəaliyyətini təşkil edən, mərkəzin həmsədri və İdarə heyyətinin üzvüləri olmuş, ali təhsilli, elmi dərəcələri olan ziyalı qadınlardır. Bu dəfə də, göstərilən faktlara reaksiya verməyəcəyiniz təqdirdə Norveç vergi ödəyicilərinin vəsaitlərini Məlahət Nəsibova kimi fırıldaqçı hüquq müdafiəçiləri ilə əlbir olaraq necə mənimsədiyinizi elə Norveç mətbuatında yaymalı olacağıq.«Demokratiya və QHT-lərin Inkişaf Resurs Mərkəzi» nədir?Təşkilatın yalançı tarixi və strukturu ( beynəlxalq təşkilatlara və xarici ölkələrə göndərilən yalan məlumat) «Demokratiya və QHT-nın Inkişaf Resurs Mərkəzi» Ictimai Birliyi 2002-ci ilin dekabr ayında ABŞ və Böyük Britaniya dövlətlərinin Azərbaycandakı səfirlikilərinin maliyyə dəstəyi ilə layihə əsasında açılıb, fəaliyyətə başlamışdır. Təşkilat 2004-cü ilin oktyabr ayınadək layihə əsasında, dövlət qeydiyyatı olmadan fəaliyyət göstərmişdir. 26 okytabr 2004-cü il tarixdə Resurs Mərkəzi Naxçıvan MR Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınmışdır. Resurs mərkəzi yaradıldıqdan sonra bölgədə qısa müddət ərzində bu sahədə irəliləyişlər əldə edilmişdir. Bu gün Resurs Mərkəzinin ətrafında 20-yə yaxın QHT cəmləşməkdədir. Həmin QHT-lər Resurs Mərkəzinin texniki imkanlarından (kitabxna, internet, kompüter və s.) yararlanmaqdadırlar. Mərkəz indiyədək yerli QHT-lərin bir neçə layihəsinin icrasında iştirakına çalışmış və buna müvəffəqiyyətlə nail olmuşdur. Resurs Mərkəzinin idarə olunmasında əsas rol Idarə Heyyətinə məxsusdur. Təşkilatın 7 nəfərdən ibarət Idarə Heyyətinin funksiyasına sədrin və onun müavinlərinin seçilməsi, illik fəaliyyət planının hazırlanması, təşkilatın illik büdcəsinin təsdiq edilməsi və s. daxildir. Resurs Mərkəzinin məqsədi Naxçıvan MR-da demokratik proseslərin inkişaf etdirilməsi, insan hüquqlarının qorunması, QHT-nın bölgədə fəallaşması və Vətəndaş Cəmiyyətinin formalaşdırılmasıdır. Təşkilat öz məqsədinə çatmaq üçün bölgədə əsasən maarifləndirməni ön plana çəkir. Təşkilatın uzunmüddətli strategiyasına gələcəkdə Naxçıvan MR-nın 7 rayonunda filial və nümayəndəliklərini yaratmaq da daxildir. Yuxarıda yazılanlar təşkilat yaradılarkən qarşımıza qoyduğumuz məqsəd və həyata keçirmək istədiyimiz ideyalar idi. Təssüf hissi ilə qeyd etmək istəyirik ki, bu gün demokratiya carçısı kimi özünü reklam edən, norveçli diplomatlar da daxil olmaqla əcnəbi himayədarlarının (onların da şəxsi maraqları olduğu məlumdur) köməyi ilə RAFTO mükafatı alan M.Nəsibovanın şəxsi qazanc marağı üzündən həqiqi demokratlar qurumdan uzaqlaşdırılmış, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi üçün nəzərdə tutduğumuz ideyalar kağız üzərində qalmışdır. Hazırda beynəlxalq təşkilatlar qarşısında bu məqsədlər uğrunda çalışdığını bolluca reklam edən, özünün qəhrəman obrazını yaradan M.Nəsibova, həqiqətdə isə bir qrup dələduzu ətrafına toplayaraq hüquq müdafiəçisi adı altında pərdələnərək son dərəcə gəlirli «biznes» qurmuşdur.Resurs mərkəzi (RM)- şəxsi biznes layihəsi kimi. Həqiqət nədən ibarətdir? M.Nəsibova Resurs Mərkəzinin rəhbəri kimi bir çox yerli və beynəlxalq təşkilatlarla əlaqələr qurmağa nail olmuşdur. Mərkəzin əlaqələr yaratdığı beynəlxalq təşkilatlardan OSI-AF, ATƏT, Avropa Şurası, Norveç Insan Haqqları Evi, NED, USAID, ABA-CEELI, UNIFEM, IOM, ADRA, IFES, IREX və s. göstərmək olar. Əslində isə burada təşkilatın deyil Məlahət və Ilqar Nəsibovların şəxsi əlaqəsindən və gəlir mənbələrindən bəhs olunur. Daha çox qazanc əldə olunması üçün daha çox yalan, şər və böhtan xarakterli məlumatlar verilir, məlumatların yerində yoxlanılmaması üçün isə təşkilatın nümayəndələrinin əraziyə gəlişinin təhlükəli olması barədə fon yaratmağa çalışırlar. Nəsibovlar ailəsinin pula hərisliyi o, qədər çox olmuşdur ki, uzun müddət bir yerdə çalışmış və eyni yolun yolçusu olmuş dostlarını alınan qrantlardan məhrum etmək üçün onu dövlət orqanları ilə əlaqə saxlamaq bəhanəsilə mərkəzdən uzaqlaşdırmış və həmin şəxslərin beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmaması üçün min cür şər-böhtan uydurmuşlar. Məlahət Nəsibova kimdir? Uzun zaman əvvəl tanıdığım və «qabiliyyətinə» bələd olduğum xanım Məlahət Nəsibovanın adının Naxçıvan MR-də baş verən hadisələrdə, bir çox zaman isə qalmaqallı xəbərlərdə çox tez-tez təkrarlanması demokratik düşərgəyə daxil olan bir şəxs kimi məni maraqlandırmaya bilməzdi. Bəs kimdir xanım Nəsibova? Beynəlxalq təşkilatların bəzi nümayəndələri M.Nəsibovanın timsalında Demokratiya və insan hüquqları uğrunda fədakar şərq qadını imicini formalaşdırmaqla (bu əsasən xaricilər üçündür, Naxçıvanın özündə onu tanıyan yoxdur), ona xarici ölkələrin rəsmi orqanlarının qapısını açmaqla, hətda beynəlxalq mükafat almasını təmin etməklə demokratiya uğurunda şərəflə və qanun çərçivəsində mübarizə aparan vətəndaşlara hansı nümunəni göstərməyə çalışırlar?. Nəsibovanın bu «əzabkeş» obrazı daha çox kimə lazımdır, şəxsi maraqlarını güdən M.Nəsibova və ailə üzvülərinə, beynəlxalq təşkilatların xüsusi maraqlarına, yoxsa Azərbaycan xalqına?. Əlbəttə ki, birincilərə. Nəsibovanın əsl marağı nədir. Burada incə bir məqam var. Heç bir təhsili olmayan (baxmayaraq ki özünü ali təhsilli kimi qələmə verir) xanım Nəsibova kağız üzərində yaratdığı QHT-lərinə rəhbərlik edir, müxbir kimi fəaliyyət göstərir, müxalifət partiyalarını istiqamətləndirməyə çalışır, baxmayaraq ki, qrantlarla bağlı fırılqaqçılığına görə partiyadan qovulmuşdur və hazırda da həmin düşərgədə onun səmimiliyinə inanılmır. Onun bütün işləri və «fəaliyyətləri» yalnız bir şeyə xidmət edir:- Nəyin bahasına olursa-olsun Naxçıvanda digər QHT-lərə mane olmaq, bu sahəni inhisarda saxlayaraq, özünün biznes maraqlarını qorumaq. Təssüf ki, hələlik buna nail ola bilib. Elə bu xüsusiyyətlərinə görə o, sakinlər arasında «qrant Məlahət» ləqəbi ilə tanınır. Araşdırmam zamanı, məlum oldu ki, artıq bir neçə ildir, Norvecin Bakıdakı səfirliyi Azərbaycanda 3-cü sektor vasitəsilə insan hüquqları və söz azadlığı lahiyələri çərçivəsində özünün qrant layihələrini həyata keçirir. Həmin qrantların iddiaçılarının seçilməsi Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilsə də, son söz Norvec səfirliyinin diplomatlarına məxsusdur. Bu illər ərzində bir neçə milyon dollar vəsaitin qrant şəklində Azərbaycandakı müxtəlif QHT-lərə verildiyi məlumdur. Naxçıvan MR-də isə Məlahət Nəsibovanın rəhbərlik etdiyi resurs mərkəzindən başqa heç bir digər QHT xarici qrant ala bilməyibdir. Səbəb isə Məlahət Nəsibovanın beynəlxalq təşkilatlar tərəfindən Naxçıvanda qrant almaq istəyənlərin araşdırılmasına cəlb edilməsidir. Heç yerdə görunməyən hadisə, bir QHT-nin digərlərinə nəzarət etməsi praktikası da məhz Məlahət Nəsibova və əcnəbi dostlarının intelektinin nəticəsi kimi burada meydana çıxır. Məlahət Nəsibova bu səlahiyyətlərindən istifadə edərək onun fırıqdaqlarına etiraz edən şəxsləri (onların arasında Resurs mərkəzinin ilk təsisçiləri olaraq bizlər də varıq) və ya digər QHT-ləri Naxçıvandakı yerli hakimiyyətlə əlaqədə ittiham edərək onları xarici maliyyə dəstəyindən məhrum etməyə nail olur. Buna sübut kimi bizim və digər QHT rəhbərlərinin diplomatik korpusun (ABŞ, Norveç səfirlikləri və ATƏT) nümayəndələri ilə birbaşa görüşləri zamanı guya hakimiyyətə yaxın olmağımız barədə ortaya çıxan müəmmalı suallardır. Artıq uzun müddətdir ki, Məlahət Nəsibovanın Resurs Mərkəzi xarici ölkələrin və beynəlxalq təşkilatların Naxçıvana ayırdıqları qrantların sözün əsl mənasında mənimsənilməsi ilə məşğuldur. Son bir neçə ildə Nəsibovanın aldığı layihələr üzrə heç bir iş görülmədiyi məlum olduğu halda, onun mövqeyini qoruması isə bu işdə onunla əlbir olan, demokratiyanın inkişafı üçün ayrılan qrantların mənimsənilməsində iştirak edən bəzi diplomatların sayəsində mümkün olmüşdür. «Bulanıq suda balıq tutmaq» deyiminə uyğun olaraq onlar Məlahət Nəsibovanın demokrat və əsl əzabkeş obrazını yaratmaqla, Naxçıvan haqqında həqiqətə uyğun olmayan məlumatlar yaymaq fonu altında sadəcə pul qazanmaq üçün şərait yaradırlar. Bunun adı isə hər yerdə eyni səslənir – siyasi korrupsiya. Sual oluna bilər, bəs nə üçün Azərbaycan, hətda Naxçıvanın səviyyəsində daxili iş sayıla biləcək bəzi məsələlər norveçlilərə bu qədər maraqlı olmalıdır? Maraqlandırmaya bilərdi, lakin bir neçə məqam olmasaydı. Birincisi, Məlahət Nəsibovanın sözügedən Resurs mərkəzi Norvec krallığının səfirliyindən bir çox qrantları müəmmalı şəkildə «qazanaraq» xeyli vəsait almışdır. Ikincisi, məhz Norvec Kralllığının Bakıdakı səfirliyi Məlahət Nəsibova kimi fırıldaqçıları hərtərəfli himayə etməklə məşğuldur. Ən əsası isə qazanılan pullara norveçli diplomat ortaqdır. Bu ortaqlığın nəticəsi kimi, üzdəniraq diplomatların himayə və təqdimatları əsasında Norvecin Helsinki Komitəsi və Norveç İnsan Hüqüqları Evi tərəfindən Məlahət Nəsibovanın olmayan fəaliyyətini qiymətləndirərək ona RAFTO mükafatının təqdim olunmasına nail ola bilmişlər. Bu təqdimat demokratiyanın ələ salınması və Naxçıvandakı demokratik düşərgəyə qarşı təhqir olaraq, bir çox insanlarda, o cümlədən hüquq müdafiəçilərində çaşqınlıq yaratdı. Yəqin ki, bir neçə vaxt keçdikdən sonra Norveçdə bunun yumşaq desək səhv olduğunu dərk edərək, həmin addımın Naxçıvandakı demokratik düşərgəyə necə bir zərbə vurduğunu anlayacaqlar. Bu məsələnin mənəvi tərəfidir və daha çox bizim üçün maraqlı ola bilər. Məsələnin digər, praktiki tərəfi də var. Yəqin ki, Norveç vətəndaşları və vergiödəyənləri üçün maraqlı olan onların ödədikləri vergilərin demokratiya adı altında şəxsi məqsədlər üçün istifadə olunması, konkret desək Norvec höküməti tərəfindən Naxçıvanda demokratiyanın inkişafı məqsədilə ayrılan vəsaitlərin necə xərcləndiyidir. Və bir də demokratik ənənələrə sadiq olan, insan hüquqları və söz azadlığı carçısı kimi tanınan Norveç dövlətini, dünyada vətəndaş cəmiyyətinin inkişafı üçün hər tərəfli fəaliyyət göstərən norveçli hüquqmüdafiəçilərini öz hərəkətləri ilə nüfuzdan salan və onlara qarşı olan inamı öldürən bir «diplomatların» şəxsi maraqları.M.Nəsibovanın Azadlıq Forumundakı çıxışı barədə.M.Nəsibovanın forumdakı çıxışını dinləyən hər bir şəxs bu qadının savadsız olduğunu dərhal anlayar. Heç bir təhsili olmayan bir şəxsin eyni vaxtda, fədakar jurnalist və hüquqşünas kimi təqdim olunması təccüb doğurmaya bilməz. M.Nəsibova bölgəni tarixini belə bilmədiyi Sovetlər birliyi ilə müqayisə edir və eyni adətlərlə idarə olunduğunu iddia edir. Belə olan halda sual olunur: Bəs necə olur ki, M.Nəsibova tam sərbəst olaraq Osloda forumda iştirak edərək yalan böhtanlarla dolu çıxış edir?Forumdakı çıxışında M.Nəsibova fəaliyyəti ilə bağlı olaraq guya ona edilən təzyiqlərə görə iki övladının Naxçıvanda oxuduqları ali təhsil ocağını buraxaraq ölkəni tərk etdiklərini bildirmişdir. Lakin, həqiqətdə övladlarının Norveçdə ali təhsil almaları, M.Nəsibovanın yuxarıda qeyd etdiyim fırıldaqçı biznesinin bir hissəsidir və məlum diplomatlar tərəfindən himayə edilirlər.Nəsibovanın çıxışı yalan faktlarla doludur. Onlardan bir-neçəsini sadalamaq istəyirəm. Belə ki, Nəsibova çıxışında muxtar dövlətin mərkəzi hakimiyyətin nəzər diqqətindən kənarda qaldığını bildirsə də, çıxışının digər hissəsində özü özünü təkzib edərək, respublika Prezidentinin muxtar respublikaya səfərlər etdiyini bildirir. Nəsibova muxtar respublikada hər an təzyiqlərlə üzləşməyin mümkün olduğunu heç bir fakta əsaslanmadan iddia etmiş, lakin yenə özünü ifşa edərək heç bir maneə ilə üzləşmədən keçən dövr ərzində MR-ə səfər etmiş xarici nümayəndələrlə görüşlər keçirdiyini demişdir. Bu görüşlərdən sonra ona və ailə üzvlərinə təzyiq olunması faktı yerli və beynəlxalq təşkilatlar tərəfindən qeydə alınmamışdır. Bir şübhə doğuran məqam isə MR-ə səfər edən xarici diplomatlar və beynəlxalq təşkilatların əməkdaşlarının digər QHT nümayəndələri ilə aşkarda görüşdüyü halda, M.Nəsibova ilə bağlı qapılar arxasında görüşməyə üstünlük vermələridir. M.Nəsibova barəsində deyildiyi kimi fədakar və fitri qabiliyyətə malik olsydı iddia olunan təzyiqlərə baxmayaraq onun ətrafında savadlı və fəal gənclər toplanmalı, həyata keçirilən layihələrin iştirakçısı olmalı, Resurs Mərkəzinin imkanlarından istifadə etməli idilər. Nəsibova isə çıxışında bunları fakt kimi göstərməli idi. Nəsibovanın layihələrlə bağlı təqdim etdiyi hesabatlara baxsanız orada özünün və həyat yoldaşının soyadından və narkoman qardaşlarının adından başqasına rast gəlməssiniz.Nəsibovanın çıxışı zamanı göstərilən fotolarda əks olunanlar heç də hüquqları pozulmuş şəxslər deyil, şəxsi qazanc əldə etmək məqsədi ilə gömrük qanunlarını pozduğuna görə saxlanılanlardır. Bildiyimiz qədər Norveç hökuməti də daxil olmaqla bütün demokratik ölkələrdə qanunlara hörmət olunması demokratiyanın əsas prinsiplərindən sayılır.M.Nəsibova Oslo Forumunda da ənənəsinə sadiq olaraq təzyiq və təqiblərə məruz qaldığını önə çəkmiş, fəaliyyət göstərməsi üçün sizlərin maddi dəstəyinə ehtiyacı olduğunu utanmadan vurğulamışdır. Nəsibovanın yalançı və frıldaqçı fəaliyyəti barədə xeyli faktlar göstərmək mümkündür. Bu faktları bir müddət əvvəl vergi orqanları tərəfindən Resurs Mərkəzində aparılmış yoxlamalarda öz təsdiqini tapmışdır. M.Nəsıbovanın rəhbərlik etdiyi «Demokratiya və QHT-nin Inkişaf Resurs mərkəzi»içtimai birliyinin fırıldaqçı fəaliyyəti M.Nəsibova və ailə üzvülərinin Içtimai birliyin adı ilə yüzminlərlə qrant alaraq şəxsi məqsədləri üçün istifadə etdiyini əsaslandırmaq üçün, onun saxtakarlıqlarının kiçik bir hissəsini faktlar formasmında nəzərinizə çatdırmaq istəyərdim:- «Demokratiya və QHT-nin Inkişaf Resurs mərkəzi»IB adı altında, müxtəlif QHT-lərin adları göstərilsədə, birlik yalnız ər-arvad Ilqar və Məlahət Nəsibova, , Elman və Minayə Abbasova və Məhəmməd Rzayevdən ibarət olmuşdur. Sənədlərdə göstərilən digər QHT rəhbərlərinin içtimai birliyin fəaliyyətindən və ünvanından məlumatları yoxdur. Alınan pulları bölüşdürə bilmədiklərinə görə M.Rzayev mərkəzdən uzaqlaşdırılmış və beynəlxalq təşkilatlar qarşısında nüfuzdan salınmışdır.- Layihələrdə Naxçıvan şəhəri Atatürk küçəsi 33 ünvanında yerləşn Içtimai birliyin ofisində «Toğrul-əlil uşaqların müdafiəsi mərkəzi» içtimai birliyi tərəfindin guya əlil uşaqların reabilitasiya mərkəzi fəaliyyət göstərməsi barədə yalan məlumatlar verilmişdir. - hesabatlarda əlil uşaqların bacarıqlarının inkişaf etdirilməsi və məktəbəqədər hazırlığı ilə məşğul olunması göstərilsədə bu istiqamətdə heç bir iş görülməmiş, ümumiyyətlə belə bir mərkəz olmamıdır.- Layihələrdə Yerli təhsil və marif şöbəsinin birgə təhsil proqramına cəlb olunması nəzərdə tutulsada əməl olunmur.- Layihələrdə psixoloq həkim tərəfindən valideyinlərin hazırlanması göstərilsədə həkim dəvət olunmur, valideyinlər üçün təlimlərin keçirilməsinə heç bir mütəxəssis dəvət olunmur. Ümumiyyətlə belə bir təlim keçirilmir.- «Toğrul-əlil uşaqların müdafiəsi mərkəzi»nə gələn müvafiq qrumların nümayəndələrinə yaxın qohumlarını xəstə kimi təqdim edərək fəaliyyət göstərmələri barədə görüntü yaradırlar. - Lyihələr çərçivəsində müvafiq xəstələrə paylanması üçün nəzərdə tutulan tibbi ləvazimatları özlərinə yaxın olan əczaxana sahibləri ilə danışaraq satışını təşkil edirlər.- Mərkəzdə hazırlanan layihələrdə rəhbər kimi yalnız M.Nəsibova və həyat yoldaşı I.Nəsibov; E.Abbasov, layihənin həyata keçirilməsində isə yaxın qohumları narkoman kimi qeydiyyatlarda duran Ramin Rzayev və Elbrus Ibrahimovun iştirak etdiyi göstərilir. Qeyd olunan layihə rəhbərləri və işçilərinin heç bir sahədə xüsusi təhsilləri yoxdur.- Ofis icarəsi üçün aylıq icarə haqqı 200 ABŞ dolları göstərilsə də ödənilmir, səbəb isə olduqca sadədir – heç bir ofis yoxdur.-Layihələrin müddəalarının Naxçıvan şəhərinin müxtəlif məhəllələrində həyata keçirilməsi üçün məntəqələrdən istifadə olunması barədə yalan məlumatlar verilir.- Yaxın qohumlarının və dostlarının evlərində ad günləri və digər məqsədlərlə verilən banketlərdə çəkilmiş foto və vidio materiallardan istifadə edərək layihələr çərçivəsində seminar və langların keçirilməsi barədə sənədləşmə aparılır.- Layihələrin həyata keçirilməsi üçün alınan qrantların heç olmasa bir hissəsinin layihədə göstərilən tədbirlərin keçirilməsinə sərf olunması üçün M.Nəsibovaya müraciət olunduqda, o, pulun çox hissəsinin müvafiq şəxslər vasitəsilə ABŞ və Norveç səfirliyinə çatırıldığını bildiririr. Bu qaydanı pozarsa yeni layihələrini qeydiyyatdan keçirə bilməyəcəyi ilə izah edir. Norveç səfirliyindən qrant alması üçün orada katib vəzifəsində işləyən Lars Hansonun himayədarlığından istifadə etdiyini bildirir.- ABŞ və Norveç dövlətləri, ATƏT eləcədə digər beynəlxalq təşkilatlar tərəfindən demokratik dəyərlər və sağlam vətəndaş cəmiyyəti üçün ayırdığı vəsait şəxsi məqsədlər üçün istifadə olunur.- Qrantlardan əldə olunmuş pullar hesabına M.Nəsibova Naxçıvan şəhərinin mərkəzində (H.Əliyev pr-ti) mənzil almış və yüksək səviyyədə təmir etdirmiş, Bakı şəhərində yaşayış mənzili almış, iki övladını himayədarlarının vasitəsilə Norveçdə təhsil almalarına nail olmuşdur.- 2008-ci ilədək bir yerdə fəaliyyət göstərərək M.Nəsibovanın rəhbərliyi ilə qrantlar vasitəsilə şəxsi işlərini həyata keçirən Məhəmməd Rzayev ona ayrılan pulun azlığından şikayət etdiyinə və bu barədə müvafiq təşkilatlara açıqlama verəcəyini bildirdikdə Resurs Mərkəzindən qovulmuş və beynəlxalq təşkilatların nümayəndələrinə onun pulun bölüşdürülməsi üçün razılaşdırılmış şərtlərə əməl etmədiyi bildirilmişdir.- 2009-cu ildə Norveç Krallığının AR-dəki səfirliyindən «Naxçıvan MR universitetlərində rüşvətxorluğa qarşı mübarizə və antikarrupsiya mexanizmlərinin təbliği» adlı layihənin həyata keçirilməsi üçün aldığı 18000 manat məbləği mənimsəmək məqsədilə guya təzyiqlərlə üzləşməsi barədə şou yaratmış hər hansı bir tədbirin həyata keçirilməsi üçün cəhd göstərməmişdir. Layihəyə ayrılmış pulu mənimsəmək üçün xüsusi blanklara əvvəlcədən müəyyənləşdirdiyi tələbələrin adlarını yazmış, yaxın adamlarına isə təhsil müəssisələri qarşısında münaqişə yaratmağı tapşırmış və hesabat hazırlayarkən bundan faydalanmışdır. - Norveçdə hüquq müdafiəçilərinin təsis etdiyi «Rafto fondu» tərəfindən verilmiş mükafatı almaq üçün, həmin təşkilatlarla işləyən və komissiyanın tərkibində olan, uzun müddət M.Nəsibovanın maliyyə fırıldaqlarına yardımçı olmuş Vüqar Qocayev adlı şəxslə əvvəlcədən danışıqlar aparmış və müəyyən məbləg qarşılığında sonuncu tərəfindən M.Nəsibovanın namizədliyi verilərək müdafiə olunmuşdur. Bu təqdimatda norveç səfirliyindəki «dostlarının» da dəstəyi mühüm əhəmiyyət daşımışdır. M.Nəsibova yaxın ətrafı ilə söhbətlərində beynəlxalq təşkilatlarda fəaliyyət göstərən əcnəbilərin də pula işlədiyini bildirərək istədiyi mükafatı ala biləcəyini qeyd etmişdir. - 2010-cu ildə Norveç Krallığı Səfirliyindən “ədalət, şəffaflığı, insan haqları və azadlıqğının təmin etmək və əhaliyə hüquqi kömək göstərmək məqsədilə Naxçıvan MR-in məhkəmələrində monitorinq” aparılması adlı layihənin həyata keçirilməsi üçün 20000 ABŞ dolları məbləğində qrant alınması üçün müraciət olunub. Hüquqi təhsili olmayan E.Abbasov hüquqşünas kimi göstərilib. - «Aazadlıq» radiosunun müxbiri kimi yerli vətəndaşlardan müsahibə almaq görüntüsü yaratmaq üçün özünə yaxın və qohum olan, əksər hallarda isə ailə üzvülərini başqa ad ilə dinləyicilərə təqdim edir və əvvəlcədən hazırladığı sualları verərək müvafiq cavab alır. Bu əməlləri ilə radiostansiyanın nüfuzunu aşağı saldığına görə yerli müxbirlikdən qovulmuşdur. - Naxçıvan MR-də fəaliyyət göstərən digər mətbuat və QHT nümayəndələrini təsir altına salmaq üçün Norveç və ABŞ səfirliyində eləcə də digər beynəlxalq təşkilatlarda yaxın dostlarının olduğunu, onların vasitəsilə müəyyən faiz əsasında qrant ala bilmələri üçün köməklik edəcəyini bildirərək, onun mətbuata verdiyi əsassız məlumantları təsdiq etmək üçün eyni məzmunlu məlumatlar göndərilməsini təşkil edir. RATI-nini bölgə üzrə nümayəndələri Nəsibovanın tapşırıqları ilə işləyirlər.- M.Nəsibova və əri I.Nəsibov əvvəllər AXCP üzvü kimi fəaliyyət göstərsələr də son zamanlar partiyanın yerli rəhbəri ilə aralarında münaqişə yaranıb. Münaqişəyə səbəb partiya rəhbərinin dəstəyi ilə alınmış qrant pullarının Nəsibovlar tərəfindən mənimsənilməsi və şəxsi məqsədləri üçün istifadə etmələri olub. M.Nəsibova və ailə üzvülərinin qrant formasında aldıqları maliyyə vəsaitlərini şəxsi məqsədləri üçün mənimsəməsi bir müddət əvvəl vergi orqanları tərəfindən Resurs Mərkəzində aparılmış yoxlamalara verdikləri reaksiya ilə təsdiq olundu. Sonda isə onu bildirmək istəyərdik ki, M.Nəsibova kimi bir fırıldaqçı ilə iş birliyində olan üzdəniraq diplomatlar, qərb ölkələrində fəaliyyət göstərən beynəlxalq təşkilatlara və Azərbaycandakı diplomatik korpusların nümayəndələrinə ümidlə baxan, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, demokratiya prinsiplərinin qorunmasınada yardımçı olacaqlarına inanan Naxçıvan MR – də fəaliyyət göstərən həqiqi hüquq müdafiəçilərini xəyal qırıqlığına uğradır.